Şənbə, 06.06.2026, 10:27
Xoş gəlmisiniz! Гость | RSS

TƏBİƏT ELMLƏRİ TƏMAYÜLLÜ GİMNAZİYA

Sayt xərtəsi
Giriş
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya bir təhsil ocağı kimi 1946-cı ildə Bakı şəhəri Abşeron rayonunun 145 saylı məktəbi kimi fəaliyyətə başlamışdır. 1949-cu ildə Sumqayıta şəhər statusu verildikdən sonra məktəb Sumqayıt şəhəri 2 saylı orta məktəb adlandırılmışdır. 1952-ci ildə yeni inşa edilmiş binaya köçürülmüş və hazırda məktəb həmin binada fəaliyyət göstərir. 1990-cı ildən etibarən isə məktəb Təbiət Elmləri Təmayüllü Gimnaziya kimi fəaliyyət göstərir. Hazırda gimnazıyada 844 şagird təhsil alır. Təhsildə keyfiyyət əldə etmək üçün gimnaziyanın rəhbərliyi kadrların seçilməsinə xüsusi fikir verir. Müəllimlər gimnaziyaya müsabiqə yolu ilə qəbul edilirlər. Şəhərdə yaxşı müəllim kimi tanınmış nüfuzlu müəllimlər isə gimnaziyaya müsabiqədən kənar qəbul edilirlər. Hal-hazırda gimnaziyada öz işinin öhdəsindən gələ bilən 62 nəfər müəllim fəaliyyət göstərir. Məktəb “Elektron Məktəb” layihəsinin iştirakçısıdır. 2007-2008-ci tədris ilində gimnaziya “İlin Məktəbı” müsabiqəsinin qalibi olmuşdur. Müəllimlərdən Quliyeva Ulduz, Abbasova Həqiqət, Ellazov Fazil və İsmayılov Xudaverdi “İlin müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 2010-2011 ci tədris ilində məktəbdə “Xüsusi istedadlı şagirdlər” üçün bir 5-ci lisey sinfi yaradılıb. Şagirdlərin nailliyyətləri: 2008-2009-cu tədris ilində məktəbin 37 məzunu olmuşdur. Məzunlardan 33 nəfər ali məktəbə 1 nəfəri isə Tibb Texnikumuna qəbul olmuşlar. 2008-2009-cu tədris ilinin nəticələrinə görə gimnaziya ali məktəblərə qəbul imtahanlarında respublika üzrə ən yüksək nəticə göstərmiş ilk 5 məktəb arasında 3-cü yer tutmuşdur. Qəbul olan məzunlardan 8 nəfəri 600-700 bal, 12 nəfəri isə 500-600 bal toplamışdır. Məzunlardan Dadaşov Elvin 700 bal, Abbasova İlahə 690 bal və Xəlilov Nicat 680 bal toplayaraq “Prezident təqaüdü”nə layiq görülmuşlər. 2009-2010-cu tədris ilində isə gimnaziyanın 38 məzunundan 34-ü ali məktəblərə qəbul olmuşlar. Məzunlardan 5 nəfər 600-dən yuxarı bal toplamış, 1 nəfər isə “Prezident təqaüdü”nə layiq görülmüşdür. Məktəbin şagirdləri respublika fənn olimpiadalarında da fəal iştirak edirlər. 2009-2010-cu tədris ilində respublika üzrə fənn olimpiadalarında 1 şagird III yer 5 şagird isə IV yerlərə layiq görülmüşlər. “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı”na uyğun olaraq istedadlı şagirdlərin Təhsil Nazirliyinin keçirdiyi seçim turunda kimyadan və fizikadan qalib olmuş iki şagird Təhsil Nazirliyi tərəfindən I dərəcəli diplomla mükafatlandırılmış və Süvəlanda 14 gün istirahət etmək hüququ qazanmışlar. Məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlərə də geniş yer verilir. Məktəbdə “Xor”, “Rəqs”, “Dram”, “Bacarıqlı əllər”, “Gənc fizik”, “Gənc proqramçılar” və s dərnəklər fəaliyyət göstərir.
Təqvim
«  İyun 2026  »
B.eÇ.axÇC.axCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930
statistika

Onlayn 1
Qonaqlar 1
İstifadəçılər 0

Copyright MyCorp © 2026