Bazar ertəsi, 08.06.2026, 00:25
Xoş gəlmisiniz! Гость | RSS

TƏBİƏT ELMLƏRİ TƏMAYÜLLÜ GİMNAZİYA

Sayt xərtəsi
Giriş

Блог

Главная » 2012 » Dekabr » 20 » Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya
01:08
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya bir təhsil ocağı kimi 1946-cı

 

 Bakı şəhəri Abşeron rayonunun 145 saylı məktəbi kimi fəaliyyətə başlamışdır. 1949-cu ildə Sumqayıta şəhər statusu verildikdən sonra məktəb Sumqayıt şəhəri 2 saylı orta məktəb adlandırılmışdır. 1952-ci ildə yeni inşa edilmiş binaya köçürülmüş və hazırda məktəb həmin binada fəaliyyət göstərir. 1990-cı ildən etibarən isə məktəb Təbiət Elmləri Təmayüllü Gimnaziya kimi fəaliyyət göstərir. Hazırda gimnazıyada 844 şagird təhsil alır. Təhsildə keyfiyyət əldə etmək üçün gimnaziyanın rəhbərliyi kadrların seçilməsinə xüsusi fikir verir. Müəllimlər gimnaziyaya müsabiqə yolu ilə qəbul edilirlər. Şəhərdə yaxşı müəllim kimi tanınmış nüfuzlu müəllimlər isə gimnaziyaya müsabiqədən kənar qəbul edilirlər. Hal-hazırda gimnaziyada öz işinin öhdəsindən gələ bilən 62 nəfər müəllim fəaliyyət göstərir. Məktəb "Elektron Məktəb” layihəsinin iştirakçısıdır. 2007-2008-ci tədris ilində gimnaziya "İlin Məktəbı” müsabiqəsinin qalibi olmuşdur. Müəllimlərdən Quliyeva Zümrüd, Abbasova Həqiqət, Ellazov Fazil və İsmayılov Xudaverdi "İlin müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 2010-2011 ci tədris ilində məktəbdə "Xüsusi istedadlı şagirdlər” üçün bir 5-ci lisey sinfi yaradılıb.

Просмотров: 2602 | Добавил: gimnaziya | Рейтинг: 5.0/2
Всего комментариев: 2
2 Aysun  
0
Məndə bu gimnaziyada təhsil alacağam

1 Qurbanov Vüqar  
0
Men bu mektebin sagirdiyem. Çox gözel mektebdi.

Имя *:
Email *:
Код *:
Təqvim
«  Dekabr 2012  »
B.e Ç.ax Ç C.ax C Ş B
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
statistika

Onlayn 1
Qonaqlar 1
İstifadəçılər 0

Copyright MyCorp © 2026