|
Sayt xərtəsi
|
GİMNAZİYANIN MƏZUNLARI 2008-2009-cu tədris ilinin nəticələrinə görə gimnaziya ali məktəblərə qəbul imtahanlarında respublika üzrə ən yüksək nəticə göstərmiş ilk 5 məktəb arasında 3-cü yer tutmuşdur. Qəbul olan məzunlardan 8 nəfəri 600-700 bal, 12 nəfəri isə 500-600 bal toplamışdır. Məzunlardan Dadaşov Elvin 700 bal, Abbasova İlahə 690 bal və Xəlilov Nicat 680 bal toplayaraq “Prezident təqaüdü”nə layiq görülmuşlər. 2009-2010-cu tədris ilində isə gimnaziyanın 38 məzunundan 34-ü ali məktəblərə qəbul olmuşlar. Məzunlardan 5 nəfər 600-dən yuxarı bal toplamış, 1 nəfər isə “Prezident təqaüdü”nə layiq görülmüşdür. Məktəbin şagirdləri respublika fənn olimpiadalarında da fəal iştirak edirlər. 2009-2010-cu tədris ilində respublika üzrə fənn olimpiadalarında 1 şagird III yer 5 şagird isə IV yerlərə layiq görülmüşlər. “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı”na uyğun olaraq istedadlı şagirdlərin Təhsil Nazirliyinin keçirdiyi seçim turunda kimyadan və fizikadan qalib olmuş iki şagird Təhsil Nazirliyi tərəfindən I dərəcəli diplomla mükafatlandırılmış və Süvəlanda 14 gün istirahət etmək hüququ qazanmışlar.
|
Faydalı linklər
statistika
Onlayn 1 Qonaqlar 1 İstifadəçılər 0 |